×
A
A
A
Sazlamalar

Jozep Borrel: Qərbin dəstəyi olmasa, Ukraynada müharibə bir neçə həftəyə bitəcək

Bakı, 3 iyun, AZƏRTAC

Qərb Kiyevə hərbi dəstək göstərməsə, Ukraynadakı müharibə bir neçə həftəyə bitə bilər.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel bu barədə Sinqapurda keçirilən “Şanqri-La dialoq” forumunda çıxışı zamanı bildirib.
Siyasətçi bu halda müharibənin nə ilə nəticələnəcəyi barədə suala belə cavab verib: “Əgər bu vacibdirsə, Ukraynaya hərbi dəstəyimizi dayandıra bilmərik. Çünki kapitulyasiya ilə nəticələnəcək və Ukraynanı ikinci Belarusa çevirəcək sülh bizə lazım deyil”.
Jozep Borrel deyib ki, burada müharibənin sona çatmasından deyil, necə sona çatmasından söhbət gedir. Onun sözlərinə görə, Qərb Ukraynada sülhə nail olmaq üçün Kiyevə hərbi dəstəyini davam etdirəcək.

 

Dünya 2023-06-03 11:49:00