İndoneziyanın müdafiə naziri Ukraynada müharibə bölgəsində hərbisizləşdirilmiş zona yaratmağı təklif edir
Bakı, 3 iyun, AZƏRTAC
İndoneziyanın müdafiə naziri Prabovo Subianto Ukraynadakı müharibənin sülh yolu ilə həlli planını - atəşkəsin əldə olunması, silahsızlaşdırılmış zonanın yaradılması və BMT sülhməramlılarının yerləşdirilməsini təklif edib.
AZƏRTAC xəbər verir ki, Prabovo Subianto bu təşəbbüsü Sinqapurda davam edən “Shangri-La Dialogue” təhlükəsizlik konfransındakı çıxışında səsləndirib.
Plana görə, hər iki tərəf dərhal atəşkəs elan etməlidir. Bundan sonra tərəflər silahsızlaşdırılmış zona yaratmaq üçün hazırki mövqelərindən 15 kilometr uzaqlaşmalıdırlar. Həmin zonaya beynəlxalq sülhməramlı qüvvələr yerləşdirilməlidir.
Prabovo Subianto, həmçinin hesab edir ki, BMT mübahisəli ərazilərdə əhalinin əksəriyyətinin iradəsini obyektiv şəkildə təsdiqləmək üçün referendum keçirməlidir. Subianto mübahisəli ərazilər dedikdə hansı ərazilərin nə nəzərdə tutulduğunu dəqiqləşdirməyib.
Onun sözlərinə görə, İndoneziya bütün bu proseslərdə iştirak etməyə, o cümlədən BMT-nin sülhməramlı missiyası çərçivəsində öz ordusunu göndərməyə hazırdır.
Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir
Blinken Çinə dörd günlük səfər edəcək
Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər
BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir
Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz