×
A
A
A
Sazlamalar

Çində 3000 il əvvəl mövcud olmuş yaşayış məntəqəsinin izləri tapılıb

Bakı, 3 iyun, AZƏRTAC

Çin arxeoloqları 3 min ildən çox əvvəl mövcud olmuş yaşayış məskəni aşkar ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Sinxua xəbər agentliyi məlumat yayıb.
Qəsəbənin qalıqları Çinin şimalındakı Hebey əyalətinin Vuan şəhəri yaxınlığında, indiki Çjaoyao kəndinin ərazisində tapılıb. Qəsəbə təxminən 220 min kvadratmetr ərazini əhatə edir.
Arxeoloqlar tədqiqat zamanı yollar, saxsı sobalar, su xətləri, ev xarabalıqları aşkarlayıblar. Həmçinin saxsı qablar, sümükdən oyulmuş alətlər və falçılıq üçün istifadə edilən tısbağa qabığının parçaları tapılıb.
Hebey Əyalətinin Mədəni Əmanətlər və Arxeologiya İnstitutunun Şanq və Çjou Arxeoloji Tədqiqat Departamentinin rəhbəri Vey Şuquanqın fikrincə, qəsəbə qəbilə və ya qədim krallığın mərkəzi ola bilərdi. Arxeoloqun sözlərinə görə, yaşayış məntəqəsinin planı rasional olub və istilik sistemi tədqiqatçılara həmin dövrdə Şimali Çinin iqlimi haqqında təsəvvür əldə etməyə kömək edə bilər.

Dünya 2023-06-03 04:51:00