×
A
A
A
Sazlamalar

IATA: Hava nəqliyyatı ilə sərnişin daşınması pandemiyadan əvvəlki səviyyənin 90 faizinə çatıb

Bakı, 3 iyun, AZƏRTAC

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) aprel ayı üzrə dünyada hava nəqliyyatı ilə sərnişin daşınmasına dair məlumat dərc edib.
AZƏRTAC xəbər verir ki, sərnişin daşınması ötən ilin aprel ayı ilə müqayisədə bu il 45,8 faiz artaraq, pandemiyadan əvvəlki səviyyənin 90 faizinə çatıb.
IATA qeyd edir ki, bu artım əsasən Asiya-Sakit okean regionunun hava daşıyıcıları tərəfindən əldə olunub.
“Aprel ayında biz birinci rübdə gördüyümüz bərpa tendensiyasının davamlı olduğunu izlədik”, - deyə IATA-nın baş direktoru Villi Uolş bildirib.

 

 

Dünya 2023-06-03 04:30:00