×
A
A
A
Sazlamalar

“Porsche” loqosunu dəyişir

Bakı, 3 iyun, AZƏRTAC

Son zamanlar bir çox avtomobil istehsalçıları elektromobillərə keçidlə əlaqədar yeni loqolar hazırlayırlar. Belə şirkətlərdən biri də alman istehsalçısı “Porsche”dir.
AZƏRTAC xəbər verir ki, 60 ildir istifadə etdiyi loqosunu dəyişən “Porsche” digər şirkətlərdən fərqli olaraq öz mahiyyətinə sadiq qalmağa üstünlük verib. Payızdan etibarən satışa çıxarılacaq avtomobillərdə görünəcək yeni loqo əvvəlkindən çox da fərqlənmir.
“Porsche”nin vitse-prezidenti Maykl Mauer loqo ilə bağlı açıqlamasında deyib: “Yenidən işlənmiş loqomuz “Porsche”nin xarakterini əks etdirir. Biz tarixi xüsusiyyətləri yenidən şərh etdik və onları arı pətəyi quruluşu və fırçalanmış metal kimi innovativ dizayn elementləri ilə birləşdirdik. Nəticə brendin tarixini və gələcəyini birləşdirən estetik cəhətdən iddialı bir dönüşü təmsil edir”.
1930-cu illərdə qurulan “Porsche” 1952-ci, 1954-cü, 1963-cü, 1973-cü, 1994-cü və 2008-ci illərdə loqo dəyişikliyi edib.

 

 

Dünya 2023-06-03 04:15:00