×
A
A
A
Sazlamalar

Azərbaycan kuboku yarışlarında son beş mövsümün rekordu müəyyənləşib

Bakı, 3 iyun, AZƏRTAC

Futbol üzrə Azərbaycan kuboku yarışlarının 2022-2023-cü il mövsümündə 50 qol vurulub.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, bu, son beş turnir üçün mütləq rekorddur.
Sonucu dəfə daha çox qolun vurulması 2017-2018-ci il mövsümündə qeydə alınıb. Həmin vaxt bu rəqəm 67-yə bərabər olub.
2018-2019-cu il mövsümündə 39, sonrakı yarışda 30 qol vurulub. 2020-2021-ci il mövsümündə 40, ötən kubok turnirində isə 48 dəfə top qapıdan keçib.

 

İdman 2023-06-03 02:03:00