×
A
A
A
Sazlamalar

Ölkə ərazisində yağan yağıntılar axşam saatlarından tədricən kəsilib

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 2-si saat 23:00-a olan məlumata əsasən, ölkə ərazisində yağan yağıntılar axşam saatlarından tədricən kəsilib. Hazırda hava şəraiti sabit, əsasən yağmursuzdur.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAc-a bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23-25, Aran rayonlarında 27-31, dağlıq rayonlarda 18-20 dərəcə isti olub.
Çaylarda əsasən mühüm dəyişiklik qeydə alınmayıb.

Ekologiya 2023-06-02 23:14:00