Bir neçə gün əvvəl itkin düşən Cəlilabad sakini tapılıb
Cəlilabad, 2 iyun, İlkin Adıyev, AZƏRTAC
Bir neçə gün bundan qabaq itkin düşən Cəlilabad sakini tapılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad rayon sakini, 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyevin tapılması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilib.
Keçirilən axtarış tədbirləri nəticəsində P.Quliyevin Bakı şəhərində olduğu məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, azyaşlının olduğu yer müəyyən edilib və artıq ailəsinə təhvil verilib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Zaqatalada vətəndaşlarla görüşəcək
MDU və ADU-nun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib
Balakəndə Ulu Öndərə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
II Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Ağalı ilə tanış olublar