Azərbaycanın müdafiə naziri ilə ABŞ müdafiə katibinin müavini arasında telefon danışığı olub
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini Kolin Kahlın təşəbbüsü ilə telefon danışığı olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tərəflər ölkələrimiz arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.
Müdafiə Nazirliyi Xocalıda müsadirə edilən silah-sursatın görüntülərini yayıb VİDEO
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir VİDEO
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib