×
A
A
A
Sazlamalar

Hindistanda qatar faciəsi: 207 ölü, 900-dən çox yaralı - YENİLƏNİB-4

Bakı, 3 iyun, AZƏRTAC
Hindistanda baş verən qəzada ölü və yaralıların sayı artıb.
AZƏRTAC bu ölkənin ANİ agentliyinə istinadla xəbər verir ki, qatarların toqquşması nəticəsində 207 nəfər ölüb, 900-dən çox insan yaralanıb.
Xilasetmə əməliyyatı davam edir.

01:09

Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı 120 nəfəri ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Hindistanın ANI agentliyi hadisənin baş verdiyi Odişa ştatının yanğınsöndürmə xidmətinin rəhbəri Sudhanşa Sarangiyə istinadən məlumat yayıb.
“120-dən çox cəsəd tapdıq, qurbanların sayı arta bilər”, - o deyib.
“Reuters”in rəsmilərə istinadən verdiyi məlumata görə, yaralananların sayı təxminən 850 nəfərdir. Hüquq-mühafizə orqanları qurbanların sayı ilə bağlı KİV məlumatlarını hələlik təsdiqləməyib.
“Hindustan Times” qəzetinin məlumatına görə, aşmış vaqonların içində bir neçə yüz insan qala bilər.

23:26

Hindistanın şərqində üç qatarın toqquşması nəticəsində ölənlərin sayı 70-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Press Trust of India” xəbər agentliyi məlumat yayıb.
Yerli sakinlər qurbanların sayının 100-ə çata biləcəyini deyirlər. Dörd yüzə yaxın insanın yaralandığı bildirilir.
Qəza yerində xilasetmə əməliyyatı davam edir.

20:35

Hindistanda yük və sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 50-yə çatıb.
AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, qəza zamanı 179 nəfər yaralanıb.
Qəza axşam saat 19:20 radələrində sərnişin qatarı Kolkata yaxınlığındakı Şalimar stansiyasından Çennai mərkəzi stansiyasına gedərkən baş verib.

20:14

Hindistanda sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində 8 vaqon relsdən çıxıb.
AZƏRTAC xəbər verir ki, “Hindustan Times” qəzetinin məlumatına görə 30 nəfər həlak olub.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Dünya 2023-06-03 03:30:00