Azərbaycan cüdoçuları Tacikistan Qran-Pri turnirinin ilk günündə üç medal qazanıblar
Bakı 2 iyun, AZƏRTAC
Azərbaycan cüdoçuları Tacikistanın paytaxtı Düşənbədə keçirilən Qran-Pri turnirinin ilk günündə üç medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, Azərbaycan cüdoçusu Turan Bayramov (60 kq) qızıl medal uğrunda qarşılaşmada neytral statusda çıxış edən Ramazan Abdullayevlə üz-üzə gəlib. Rəqibinə ipponla uduzan T.Bayramov ikinci yerlə kifayətlənib. Digər təmsilçimiz Yaşar Nəcəfov (52 kq) üçüncü yer uğrunda görüşdə türkmənistanlı Hakim Ağaməmmədovla üz-üzə gəlib. İdmançımız cərimə xalları hesabına qalib gələrək turniri üçüncü pillədə başa vurub.
Turnirdə 52 kiloqram çəki dərəcəsində çıxış edən qadınlardan ibarət yığmamızın üzvü Gültac Məmmədəliyeva finalda neytral statusda çıxış edən Alesya Kuznetsovaya uduzaraq gümüş medalla kifayətlənib.
Azərbaycan Ağır Atletika Federasiyasının adı dəyişdirilib, quruma yeni prezident seçilib
Millinin futbolçusu: Hələ oyundan öncə planlaşdırmışdım ki, qol sevincim şəhidlərlə bağlı olacaq
“Gəncə” basketbol klubuna türkiyəli baş məşqçi təyin olunub
Azərbaycan cüdoçuları dünya çempionatına Bakıdakı beynəlxalq toplanışda hazırlaşırlar
“Sabah” uğursuz seriyaya son qoymaq arzusunda, Gəncədə autsayderlərin dueli – ŞƏRH