×
A
A
A
Sazlamalar

Mingəçevir məktəbliləri “ağ ölüm”ün cəmiyyətdə yaratdığı fəsadlar barədə məlumatlandırılıblar

Bakı, 2 iyun, AZƏRTAC

Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 nömrəli orta məktəbdə “Narkomaniya və digər zərərli vərdişlərə yox deyək” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə çıxış edən polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev “ağ ölüm”ün cəmiyyətdə yaratdığı fəsadlar, insanların sağlamlığına vurduğu zərərlər barədə ətraflı məlumat verib, gənc nəslin sağlam böyüməsində ən vacib amillərdən birinin də narkomaniya ilə mübarizə və onun profilaktikası olduğunu diqqətə çatdırıb.
Çıxış edənlər də ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən söz açıb və məktəbliləri maraqlandıran sualları cavablandırıblar.

Cəmiyyət 2023-06-02 17:41:00