×
A
A
A
Sazlamalar

Kreml Paşinyanın Rusiya-Ukrayna münaqişəsinə dair fikirlərinə münasibət bildirib

Moskva, 2 iyun, AZƏRTAC

Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı dediklərinə münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov N.Paşinyanın “Ermənistan Ukrayna münaqişəsində Rusiyanın müttəfiqi deyil” fikirlərini şərh edib.
O bildirib ki, Kreml Paşinyanın bu sözlərini diqqətdə saxlayır.
“Bu mühüm bəyanatdır. Biz bilirik ki, Ermənistanın Ukrayna ətrafında münaqişəyə yanaşmasında müəyyən məqamlar var. Biz bu məqamları nəzərə alırıq. Lakin sözsüz ki, biz konseptual müttəfiqlik münasibətlərimizi davam etdiririk”, - deyə D.Peskov vurğulayıb.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2023-06-02 17:15:00