×
A
A
A
Sazlamalar

“Səma” rəqs ansamblının hesabat konserti təşkil olunub

Bakı, 2 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Səma” rəqs ansamblının hesabat konserti keçirilib.
Baş İdarədən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə “Səma” rəqs ansamblının il ərzində qazandığı nailiyyətlərdən danışılıb.
Sonra rəqs ansamblı Azərbaycan rəqsləri ilə yanaşı, dünya xalqlarının rəqslərini də təqdim edib. Eyni zamanda, istedadlı gənc müğənnilərin ifalarında səslənən mahnılar konsert proqramına xüsusi rəng qatıb.

Mədəniyyət 2023-06-02 15:30:00