×
A
A
A
Sazlamalar

Xüsusi qayğıya ehtiyacı olan əlil uşaqlar üçün konsert təşkil olunub

Bakı, 2 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar autizm sindromlu və xüsusi qayğıya ehtiyacı olan əlil uşaqlar üçün konsert keçirilib.
Baş İdarədən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Azərbaycanda uşaqların müdafiəsi və onlara qayğı göstərilməsi istiqamətində görülən işlərdən danışılıb.
Sonra tədbir musiqili-əyləncəli proqramla davam edib. Bayram konsertində tanınmış müğənnilər bir-birindən gözəl ifaları ilə çıxış ediblər. Bakı Dövlət Sirkinin artistlərinin maraqlı və rəngarəng çıxışları isə uşaqların sevincinə səbəb olub.

 

Mədəniyyət 2023-06-02 14:48:00