×
A
A
A
Sazlamalar

Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlama vaxtını açıqlayıb

Bakı, 2 iyun, AZƏRTAC

Bu il Məhərrəm ayı iyulun 19-da daxil olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Bildirilib ki, iyulun 19-da Hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır və 1445-ci il başlayır. Məhərrəm ayının 10-u Aşura günü isə iyulun 28-nə təsadüf edir.
Qeyd edilib ki, avqustun 17-də Məhərrəm ayı başa çatacaq və Səfər ayı başlayır. Sentyabrın 16-da isə Səfər ayı başa çatacaq.

 

Cəmiyyət 2023-06-02 14:49:01