Türkiyə parlamentində yeni dönəm andiçmə mərasimi ilə başlayacaq
Bakı, 2 iyun, AZƏRTAC
Bu gün Türkiyə Böyük Millət Məclisində 28-ci dönəm başlayacaq. Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri, parlamentin ən yaşlı üzvü Dövlət Baxçalının sədrliyi ilə keçiriləcək ilk iclasda millət vəkilləri əlifba sırası ilə and içəcəklər.
AZƏRTAC TRT telekanalına istinadla xəbər verir ki, Böyük Millət Məclisinin açılışında Prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Dövlət başçısı andiçmə mərasimini onun üçün ayrılmış lojadan izləyəcək.
Cümə günü yerli vaxtla saat 14.00-da başlayacaq andiçmə mərasiminin gecə yarısına qədər davam etməsi gözlənilir. İyunun 3-də isə Prezident Rəcəb Tayyib Ərdoğan parlamentdə and içəcək. O, kabinetini elan etdikdən bir gün sonra yeni nazirlər Böyük Millət Məclisinə gedərək and içəcəklər.
Deputatların andiçmə mərasimi ilə parlament sədrinin seçilməsi prosesi də başlayacaq.
“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir
Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub
Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb
NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək
Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb