Sara Maykl: Əsas diqqətimiz məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib
Bakı, 2 iyun, AZƏRTAC
Biz bu gün Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə birlikdə dəyəri 2 milyon dollar məbləğində olan qrant sazişini imzaladıq. Bu layihənin əsas məqsədi məcburi köçkünlərin həyat şəraitinin və onların peşə bacarıqlarının inkişaf etdirilməsinə yardım göstərməkdən ibarətdir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dünya Bankının səlahiyyətli nümayəndəsi - Azərbaycan, Avropa və Mərkəzi Asiya ölkələri üzrə meneceri Sara Maykl söyləyib.
“Biz Dünya Bankı olaraq çox şadıq ki, 20 il ərzində Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dəstək vermişik. İlk layihəmiz 1999-cu ildən başlayıb və böyük məmnuniyyət hissi ilə bu işimizi davam etdiririk. Dünya Bankı hələ 1990-cı illərdə Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasına dəstək göstərən təşkilatlardan biri olub”, - deyə Sara Maykl vurğulayıb.
O bildirib ki, hazırda əsas diqqətimiz məcburi köçkünlər və onların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Dünya Bankının istənilən fəaliyyəti hökumətlərin müraciətləri əsasında həyata keçirilir.
“Təbii ki, bu cür müraciət olarsa, biz fəaliyyət dairəmizi genişləndirirərək layihələrimizə mina əleyhinə işləri daxil edə bilərik”, - deyə Sara Maykl vurğulayıb.
Müşavir: Türkiyə Azərbaycanı hər zaman dəstəkləyəcək
AHİK-in VI Məclisinin iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar
Səudiyyə Ərəbistanının nəşri Azərbaycanın Qarabağda suverenliyini tam bərpa etməsindən yazıb
Dmitri Peskov: Erməni əhalinin Qarabağdan getməsinin real səbəbləri yoxdur
“New Straits Times”: “Qarabağ: “Etnik təmizləmə”nin arxasında duran həqiqət” adlı məqalə yayıb