×
A
A
A
Sazlamalar

Son beş ildə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib

Bakı, 2 iyun, AZƏRTAC

Son beş ildə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov nazirlik tərəfindən 5 il ərzində görülən işlərə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2018-2023-cü illərdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 4760 mənzil verilib: “Bu il onlara 260 mənzil verilib. Ümumilikdə ötən dövrdə 13,6 minə qədər mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 324, ümumilikdə ötən dövrdə 7500-dən çox avtomobil verilib”.


Sosial 2023-06-02 11:24:00