×
A
A
A
Sazlamalar

AÇG yataqlar blokundan 573 milyon ton neft, 208 milyard kubmetr qaz hasil edilib

Bakı, 2 iyun, AZƏRTAC

"Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənilməsinə başlanılandan mayın 1-dək 573 milyon ton neft hasil edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə iyunun 2-də Bakı Enerji Forumunda deyib.
O bildirib ki, indiyə qədər yataqlar blokundan 208 milyard kubmetr qaz hasil olunub. Həmçinin indiyədək AÇG-də hasil edilən neftin 340 milyon tondan çoxu Azərbaycanın mənfəət neftinin payına düşüb.
X.Yusifzadə qeyd edib ki, Azərbaycanda hasil edilən 654 milyon ton neftin 484 milyon tonu “Bakı-Tbilisi-Ceyhan” kəməri vasitəsilə dünya bazarlarına çıxarılıb.

 

Neft - qaz 2023-06-02 11:18:00