×
A
A
A
Sazlamalar

Ankarada fırtına və leysan gözlənilir

Bakı, 2 iyun, AZƏRTAC

Ankara Valiliyi iyunun 2-də şəhərdə güclü leysan yağışlarının gözlənildiyini açıqlayıb.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, 3 gün ərzində küləyin tufana çevriləcəyi gözlənilir.
Meteorologiya Baş İdarəsi vətəndaşları diqqətli və tədbirli olmağa çağırıb.

Dünya 2023-06-02 05:38:00