×
A
A
A
Sazlamalar

Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 2 iyun, AZƏRTAC
İyunun 1-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) AZ2096024701 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 9315.3240 (10.5 faiz) manat və 9388.7901 (9.3 faiz) manat olan 15 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 34 milyon 890 min manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9328.7063(10.28 faiz) manat, orta ölçülmüş qiyməti isə 9361.6708 (9.74 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar gələn il fevralın 8-də ödəniləcək.
Bu gün, həmçinin AMB-nin AZ2095024702 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac təşkil olunub. Hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 9,558.4021 (9.9 faiz) manat və 9,607.6864 (8.75 faiz) manat olan 15 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 33 milyon 160 min manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,559.2547 (9.88 faiz) manat, orta ölçülmüş qiyməti isə 9,583.4081 (9.32 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar noyabrın 16-da ödəniləcək.

Maliyyə 2023-06-02 02:19:00