×
A
A
A
Sazlamalar

Masallıda saxta kərə yağı istehsalı və satışı ilə məşğul olan şəxs müəyyən edilib

Bakı, 1 iyun, AZƏRTAC

Masallı rayonunda polisin keçirdiyi tədbirlərlə saxta kərə yağı istehsalı və satışı ilə məşğul olan şəxs müəyyən edilib.
DİN-in mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-a verilən məlumata görə Masallı RPŞ əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Zahid Sadıqovun rayonun Qızılağac kəndindəki evinin yardımçı təsərrüfat otağından mənşəyi məlum olmayan 2 ton 359 kq qarışıq yağ, 90 kq qaymaq və 126 kq pendir məhsulları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

 

Cəmiyyət 2023-06-01 19:56:00