×
A
A
A
Sazlamalar

Maliyyə Nazirliyinin nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

Bakı, 1 iyun, AZƏRTAC

Dublin şəhərində İrlandiyanın Maliyyə Nazirliyinin təşkilatçılığı ilə “2-ci Qlobal Hökumət Fintek Laboratoriyası” adlı tədbir keçirilib.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndə heyətinin də iştirak etdiyi tədbirdə müasir texnologiyaların maliyyə sektoruna inteqrasiyası istiqamətində son dövrlər müxtəlif ölkələrdə həyata keçirilən işlər, habelə maliyyə xidmətlərinə əlçatanlığın təmin edilməsi üçün təhlükəsizlik məsələləri barədə müzakirələr aparılıb.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Dövlət Xəzinədarlıq Agentliyinin direktoru Nazim Qasımzadə “Rəqəmsal və fintek həllərinin dövlət ödənişlərində rolu” mövzusunda keçirilən panel müzakirələrində iştirak edərək, ölkəmizdə “Ani ödəniş sistemi”nin dövlət xəzinədarlığında tətbiqi, eləcə də dövlət rüsumlarının qaytarılması sahəsində yaradılan avtomatlaşdırılmış sistem haqqında təqdimatla çıxış edib.

 

İqtisadiyyat 2023-06-01 19:50:00