İnterpol, Frontex və Europolun birgə reydləri zamanı 212 nəfər saxlanılıb
Bakı, 1 iyun, AZƏRTAC
İnterpol (Beynəlxalq Polis Təşkilatı), Frontex (Avropa İttifaqının Xarici Sərhədlərin Təhlükəsizliyi Agentliyi) və Europolun (Avropa İttifaqının Polis Xidməti) mütəşəkkil insan alverinə qarşı birgə reydi zamanı 212 şübhəli şəxs saxlanılıb.
AZƏRTAC Deutschlandfunk radiostansiyasına istinadla xəbər verir ki, İnterpolun Lion şəhərində yerləşən mənzil-qərargahının yaydığı məlumata görə, saxlanılan şəxslər cinsi istismarda, məcburi əməyə cəlb etməkdə və insan alverində ittiham olunurlar.
Əməliyyatlar zamanı 44 ölkədə 1400-ə yaxın cinayət qurbanının şəxsiyyəti müəyyən edilib. 130 minə yaxın polis əməkdaşının cəlb olunduğu reydlər Afrika, Asiya, Cənubi Amerika, Balkanlar və Ukraynada fəaliyyət göstərən cinayətkar qruplaşmalara qarşı yönəlib.
Misirdə prezident seçkiləri dekabrın 10-12-də keçiriləcək
“Abrams” tanklarının ilk partiyası Ukraynaya vaxtından əvvəl çatdırılıb
Fransada ultra sağçılar yenidən senata qayıdıblar
Dmitri Peskov: Hazırda Putinin Qərb mediasına müsahibə verməsi məqsədəuyğun deyil
Tacikistan və Qırğızıstan sərhəd mövzusunda sərt bəyanatlardan çəkinmək barədə razılaşıb