×
A
A
A
Sazlamalar

SOCAR 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində uğurla təmsil olunur

Bakı, 1 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Bakı Enerji Həftəsində əsas tərəfdaş olaraq iştirak edir.
Şirkətin İctimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak edən SOCAR-ın Apstrim, Midstrim və Daunstrim istiqamətlərində, həmçinin marketinq, satış fəaliyyəti və müxtəlif xidmətləri barədə məlumat verilir.
Bakı Ekspo Mərkəzində açılan 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin girişində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilən sərgi nümayiş olunur.
“Yaşıl enerji” layihələrinə dair bölmədə SOCAR-ın yaşıl enerjiyə baxışı, bərpaolunan enerji mənbələri üzrə pilot layihələri, habelə 2022-ci il ərzində rekultivasiya edilmiş ərazilər, şirkətin karbon emissiyasının azaldılması istiqamətlərində gördüyü işlər barədə informasiya verilir.
Stenddə, həmçinin SOCAR-ın elmi-tədqiqat, rəqəmsallaşma istiqamətlərindəki fəaliyyəti, aldığı mükafatlar, nanotexnologiyalar, təlim və təhsil proqramları barədə məlumatlar əksini tapıb.

Neft - qaz 2023-06-01 19:12:00