×
A
A
A
Sazlamalar

® “Araz” Uşaqların Beynəlxalq Müdafiəsi Günündə bir neçə layihə ilə gündəmə gəldi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə üç fərqli sosial layihə həyata keçirib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə işğaldan azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrin birində vətənin keşiyində duran hərbçilərlə övladlarının görüşü təşkil edildi. Layihənin məqsədi ataları işğaldan azad olunmuş ərazilərdə Vətənin keşiyində duran, istədikləri vaxt onları görə bilməyən uşaqları ataları ilə görüşdürmək, onlarla birlikdə maraqlı vaxt keçirmələrinə dəstək olmaqdır.
Daha bir layihə isə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndində baş tutub.
“Araz” supermarketlər şəbəkəsinin tərəfdaş olduğu layihə çərçivəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk dəfə uşaqlarla birgə azad Qarabağda qeyd olunub.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı rəşadətli Zəfərin ardından 30 il sonra doğma kəndlərinə qayıdan Talış sakinləri layihəni maraqla qarşılayıb. 30-dan çox bağça və məktəbyaşlı uşağa məktəb ləvazimatları, oyuncaqlar və bir çox müxtəlif hədiyyələr təqdim edildi.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkil etdiyi Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş açıq hava tədbirində də “Araz” supermarketlər şəbəkəsi tərəfdaş olub. Yüzlərlə uşağın istedadını sərgilədiyi tədbirdə onlarla müxtəlif oyunlar keçirilib, konsert proqramı təşkil edilib. Tədbir uşaqlar üçün maraqlı, əyləncəli anlarla yadda qalıb.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır. 

Sosial 2023-06-01 19:10:00