×
A
A
A
Sazlamalar

DOST-la bir gün

Bakı, 1 iyun, AZƏRTAC

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "DOST-la bir gün" adlı tədbir keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, DOST Agentliyi və 4 saylı Bakı DOST Mərkəzində keçirilən bayram tədbirində əməkdaşların övladları ilə yanaşı, Daun sindromlu uşaqlar da iştirak edib.
Bayram tədbiri balaca dostlarımızın agentliyin binası və burada göstərilən xidmətlərlə tanışlığı ilə başlayıb. Daha sonra müxtəlif qrup oyunları keçirilib. Tədbir çərçivəsində uşaqlar üçün nahar fasiləsi və əyləncəli proqram təşkil olunub.
Eyni zamanda, uşaqlar DOST Mərkəzində könüllü fəaliyyətinə cəlb olunub. Onlar könüllülərin işi ilə tanış olub, vətəndaşlara xidmət göstərilməsində "Gənc DOST"lara yardım ediblər.

Sosial 2023-06-01 18:55:00