Hərbi qulluqçular bayram münasibətilə uşaq evlərini ziyarət ediblər
Bakı, 1 iyun, AZƏRTAC
Müdafiə nazirinin tapşırığına əsasən, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Nazirliyin təşkilatçılığı ilə keçirilən silsilə tədbirlər çərçivəsində hərbi qulluqçular uşaq evlərini ziyarət edərək bayram münasibətilə uşaqlara müxtəlif hədiyyələr təqdim ediblər. Habelə bir qrup şəhid övladının sağlamlığının qorunması məqsədilə onların müayinə və müalicəsi, eləcə də dispanserizasiyası təşkil olunub.
Tədbirlərdə, həmçinin bayram süfrələri açılıb, uşaqlar üçün əyləncəli proqram nümayiş etdirilib.
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
Kəlbəcər rayonu ərazisində növbəti dəfə döyüş texnikası müsadirə edilib VİDEO
Ağdam rayonu ərazisində müxtəlif təyinatlı döyüş texnikası, silah və sursat müsadirə edilib VİDEO
Azərbaycan Ordusuna məxsus avtomobil minaya düşüb, iki nəfər şəhid olub VİDEO
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib VİDEO