×
A
A
A
Sazlamalar

Oğuza diametri 25-30 millimetr olan dolu yağıb

Bakı, 1 iyun, AZƏRTAC

İyunun 1-də saat 17:00-dan 17:35-dək Oğuz rayonunun Başdaşağıl kəndinə leysan yağışı ilə birlikdə güclü dolu yağıb. Dolunun diametri 25-30 millimetr olub.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

 

Ekologiya 2023-06-01 18:44:00