×
A
A
A
Sazlamalar

“Tarix yazan imza” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 1 iyun, AZƏRTAC

İyunun 1-də Heydər Əliyev Sarayında “Tarix yazan imza” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, “İdrak” liseyi tərəfindən keçirilən müsabiqə “Heydər Əliyev İli”nə həsr olunub. Müsabiqə Bakı və Sumqayıt şəhərlərinin məktəb və liseyləri arasında esse və rəsm üzrə, minifutbol yarışı, şahmat üzrə rapid olimpiada, “Şən estafetlər” idman yarışı olmaqla 6 nominasiya üzrə təşkil edilib. Müsabiqədə dövlət və özəl təhsil müəssisələrindən 1000 nəfərdən çox 4-11-ci sinif şagirdi iştirak edib.
Tədbir konsert proqramı ilə davam edib.
Qeyd edək ki, Heydər Əliyev Sarayında xeyriyyə məqsədilə rəsm müsabiqə iştirakçılarının əsərlərindən ibarət satış-sərgi təşkil edilib.

Elm və təhsil 2023-06-01 18:39:00