Səudiyyə Ərəbistanı Ukraynadakı müharibəyə son qoyulmasına vasitəçilik etmək istəyir
Bakı, 1 iyun, AZƏRTAC
Səudiyyə Ərəbistanı Rusiya və Ukrayna arasında problemlərin sülh yolu ilə həllinə və müharibəyə son qoyulmasına vasitəçilik etmək istəyini bir daha təkrarlayıb.
AZƏRTAC “Saudi Press” informasiya agentliyinə istinadla xəbər verir ki, bununla bağlı bəyanat Krallığın xarici işlər naziri şahzadə Faysal bin Fərhanın rusiyalı həmkarı Sergey Lavrov ilə görüşündə səsləndirilib. Səudiyyə Ərəbistanının naziri qeyd edib ki, onun ölkəsi “Ukraynadakı müharibəyə siyasi həll yollarının tapılmasına yönəlmiş regional və beynəlxalq səyləri dəstəkləmək öhdəliyini təkrarlayır”. O əlavə edib ki, bu təklif Ukraynanın xarici siyasət idarəsinə də göndərilib.
BRICS toplantısında iştirak etmək üçün Cənubi Afrikanın Keyptaun şəhərində səfərdə olan Səudiyyə Ərəbistanı və Rusiyanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran bir çox sənədlər üzrə ikitərəfli və çoxtərəfli fəaliyyətin konsolidasiyasını müzakirə etməklə yanaşı, hər iki ölkə və xalqlar arasında dostluq və əməkdaşlıq münasibətlərinin aspektlərini, onların bütün sahələrdə möhkəmləndirilməsi və inkişaf etdirilməsi yollarını nəzərdən keçiriblər. Onlar qeyd ediblər ki, “Qarşılıqlı sürətləndirilmiş artım, davamlı inkişaf və inklüziv çoxtərəflilik naminə tərəfdaşlıq” mövzusunda keçirilən BRICS toplantısı qlobal problemlərin həlli baxımından mühüm siyasi tədbirdir.
“Mitsubishi” Çindəki istehsalını dayandırmağı planlaşdırır
İtaliyaya gələn azyaşlı miqrantlar yaşlarını gizlədəcəkləri təqdirdə deportasiya ediləcək
Berlin və Təl-Əviv Almaniyaya “Arrow 3” komplekslərinin tədarükü ilə bağlı müqavilə imzalayacaq
Tramp Baydeni Amerika avtomobil sənayesinin çöküşündə ittiham edib
“Aeroflot” qrupuna aid şirkətlərin bron sistemində qlobal nasazlıq yaranıb