×
A
A
A
Sazlamalar

Vladimir Timoşenko şəxsi əşyalarını Tarix Muzeyinə hədiyyə edib

Bakı, 1 iyun, AZƏRTAC

Azərbaycanın ehtiyatda olan general-mayoru Vladimir Timoşenko öz şəxsi əşyalarını Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, Vladimir Vasilyeviç Timoşenko 1942-ci il noyabrın 25-də Ukraynada anadan olub. O, keçmiş SSSR-nin müxtəlif hərbi hissələrində xidmət göstərib, taborun, diviziyanın, korpusun siyasi şöbəsinin sədri olub. V.Timoşenko 1990-cı illərdə “Dövlət başçısının hərbi müşaviri” postuna dəvət olunub və ehtiyata buraxılıb. Hərbi fəaliyyətində göstərdiyi uğurlarına görə O, “Qırmızı ulduz”, II və III dərəcəli “SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə” ordenləri və medallarla təltif olunub. Azərbaycan vətəndaşı olaraq respublikanın hərbi qüvvələrinin quruculuğunda böyük əmək sərf edib və bu mövzuda dəfələrlə Ümummilli Lider Heydər Əliyevlə görüşüb. Qarabağ cəbhəsində ilk dəfə beynəlmiləl batalyonun yaradılması da onun adı ilə bağlıdır. V.Timoşenko həm I çağırış (1995-2000), həm də II çağırış (2000-2005) parlamentdə Bakının Nəsimi rayonunu təmsil edib. Həmçinin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü kimi fəaliyyət göstərib. 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkənin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə V.Timoşenko “Şöhrət” ordeni ilə təltif edilib.

 

 

Elm və təhsil 2023-06-01 17:59:00