Azərbaycan Ordusu nümayəndələri NATO-nun müxtəlif proqramları çərçivəsində fəal iştirak edir
Bakı, 1 iyun, AZƏRTAC
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və Planlaşdırma və Analiz Prosesi (ITPP/PARP) proqramları çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə NATO-nun bu proqram üzrə ekspertləri arasında ikitərəfli işçi görüşü keçirilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov görüşdə qonaqları salamlayaraq Azərbaycan və NATO arasında əlaqələrin inkişaf etdiyini, eləcə də Azərbaycan Ordusunun nümayəndələrinin NATO-nun müxtəlif proqramları çərçivəsində fəal iştirakını qeyd edib.
Görüşdə təcrübə mübadiləsi baxımından belə tədbirlərin və qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb.
Sonda ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək
Hərbi Hava Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib
Xüsusi təyinatlılarımız “Sonsuz qardaşlıq – III” təlimində iştirak edir
MN: Seyfəli poliqonunda istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək
Müdafiə Nazirliyi: Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur