×
A
A
A
Sazlamalar

Şuşada quraşdırılacaq seysmoloji stansiya ilə bağlı texniki sənədləşmə işləri aparılır

 

Bakı, 1 iyun, AZƏRTAC

Şuşada quraşdırılacaq seysmoloji stansiya ölkəmizə gətirilib. Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) hədiyyə etdiyi və Türkiyə-Azərbaycan qardaşlığının simvolu kimi Şuşada quraşdırılacaq stansiya quyudibi stansiyadır. Hazırda Şuşada quraşdırılacaq stansiya ilə bağlı texniki sənədləşmə işləri aparılır.
Bunu AZƏRTAC-a Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.
Qeyd edək ki, ümumilikdə işğaldan azad edilmiş ərazilərdə 10 seysmoloji stansiyanın qurulması nəzərdə tutulub.

 

 

Ekologiya 2023-06-01 17:37:00