Dənizkənarı Bulvar İdarəsinin uşaqlara hədiyyəsi
Bakı, 1 iyun, AZƏRTAC
Dənizkənarı Bulvar İdarəsi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə aksiya təşkil edib.
Bulvar İdarəsindən AZƏRTAC-a bildirilib ki, uşaqlara 5 attraksiondan ödənişsiz istifadə üçün şərait yaradılıb.
Dənizkənarı Bulvar İdarəsi bu ənənəni artıq uzun illərdir ki, həyata keçirir. Bu dəfə uşaqlar avtodrom, uşaq pavilyonu, batut, karnaval-1 və karnaval-2-də əyləncəli anlar yaşayıblar.
Ənənəvi musiqi bayramı – Bakı Caz Festivalı başlayır
“Sevənlərindir dünya” tamaşası yenidən səhnədə
Avropanın ən məşhur on turizm şəhərinin siyahısı açıqlanıb
Mehriban Ələkbərzadə: 65 yaşdan yuxarı işçilərlə müqavilə gündəmin ən çətin məsələsidir – MÜSAHİBƏ