Avropada su balansının pozulması nə kimi təhlükələr yaradır?
Bakı, 1 iyun, AZƏRTAC
Avropa həm quraqlıqdan, həm də daşqınlardan əziyyət çəkir – Avropa Komissiyasının iqlim dəyişikliyinin bilavasitə nəticələri kimi qiymətləndirdiyi iki təzad.
AZƏRTAC xəbər verir ki, quraqlıq Cənubi Avropada, xüsusən İspaniyada kənd təsərrüfatına böyük zərər vurub. Digər tərəfdən region may ayında İtaliyada olduğu kimi, güclü daşqınlardan əziyyət çəkir. Bu, Avropa Komissiyasının iqlim dəyişikliyinin bilavasitə nəticələri kimi qiymətləndirdiyi təzadlı vəziyyətdir.
Quraqlıq iqtisadi nəticələrə və ərzaq böhranına səbəb ola biləcək aşkar təhlükəyə çevrilib. Ekspertlərin fikrincə, mütəmadi yağıntıların olmaması və temperaturun iki dərəcə yüksəlməsi İspaniyanın ümumdaxili məhsulunun 7 faiz azalmasına səbəb olacaq. Əgər qlobal istiləşmə 3 dərəcəni ötərsə, dünya ÜDM-i 17 faiz itirəcək.
Quraqlıqla mübarizənin ön cəbhəsində aqrar sektor, onun adaptasiya qabiliyyəti və su resurslarının effektiv idarə edilməsi dayanır. Əkinçiliyin gələcəyi iqlim dəyişikliyinə uyğunlaşmaqdan asılıdır. Son 50-60 il ərzində Yer kürəsinin əhalisi üç dəfə artıb və dünya iqtisadiyyatı onları yedirməlidir.
Fermerlər və əkinçilər təşkilatlarının məlumatına görə, quraqlıq Avropanın Aralıq dənizi regionuna, əsasən də ərazisinin 75 faizi səhralaşma təhlükəsi ilə üzləşən İspaniyaya daha çox təsir edir.
Bolqarıstanda energetiklərin və mədənçilərin etirazları yollarda hərəkəti çətinləşdirib
Müqəddəs Taxt-Tacın kardinallarının sayı artırılıb
Kiçik Kennedi müstəqil namizəd kimi 2024-cü il seçkilərində iştirak etmək niyyətindədir
ABŞ-ın federal agentlikləri bazar günündən etibarən qismən bağlana bilər
İqlim dəyişikliyinin Afrikada iqtisadiyyata təsiri üzrə hesabatlar açıqlanıb