×
A
A
A
Sazlamalar

Bakıda “Uşaqlar bizim gələcəyimizdir!” adlı xeyriyyə yarmarkası keçirilir

Bakı, 1 iyun, AZƏRTAC

“Davam” Gənclər Hərəkatı və Azərbaycan Uşaq Fondunun birgə təşkilatçılığı ilə Sahil bağı ərazisində “Heydər Əliyev İli” çərçivəsində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir!” adlı xeyriyyə yarmarkası keçirilir.
Gənclər Hərəkatından AZƏRTAC-a bildirilib ki, ötən saatlarda yarmarkanın açılış mərasimi baş tutub.
Mərasimdə “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı və Azərbaycan Uşaq Fondunun icraçı direktoru Zəhra Bədəlbəyli çıxış ediblər.
Yarmarkada müxtəlif sənətkar və sahibkarların əl işləri, kitab, geyim və yeyinti məhsullarının təqdim olunduğu stendlər yer alır. Yarmarka çərçivəsində paralel olaraq tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı da təşkil olunub.
Qeyd edək ki, yarmarka sabahadək davam edəcək, əldə olunan gəlir isə Azərbaycan Uşaq Fonduna ianə olunacaq.

Cəmiyyət 2023-06-01 17:24:00