Bakıda rus romansı axşamı keçirilib
Bakı, 1 iyun, AZƏRTAC
Bakıdakı Rus evində rus romansı axşamı təşkil olunub. Bu janr Rusiyada XIX əsrin birinci yarısında romantizmin yeni cərəyanının axınında formalaşıb və rus mədəniyyətinin təcəssümlərindən birinə çevrilib. Bəstəkarlar A.A.Alyabyev, A.Y.Varlamov və A.L.Qurilyov onun təşəkkülünə mühüm töhfə veriblər.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə A.S.Puşkin, M.Y.Lermontov, B.A.Axmadulina və M.İ.Svetayevanın şeirlərinə bəstələnmiş romanslar ifa olunub.
Rus romansı axşamında gənc istedadlar, tanınmış opera müğənnisi Yevgeniya Məmmədovanın yetirmələri, Qara Qarayev adına mərkəzi incəsənət məktəbinin şagirdləri, dirijor Mələk Vəlizadənin yetirmələri, eləcə də Pyatiqorsk və Çerkessk Yeparxiyasının Mədəniyyət şöbəsinin rəhbəri, müəllif və ifaçı Mixail Statsyuk çıxış ediblər.
Diplomatik korpusun nümayəndələri, mədəniyyət xadimləri tədbirdə olublar.
Gənc rəssam: Ən böyük arzum Şuşada əsərlərimdən ibarət sərgimin açılmasıdır
Murtuza Bülbül: Azərbaycan musiqisinin bütün dünyada səslənməsi mənim üçün qürurvericidir
Animatorların İnkişaf Proqramına qəbul başlayıb
Ankara Dövlət Polifonik Xor kollektivi Cümhuriyyətin 100 illiyinə xüsusi əsərlər ifa edəcək