İstiqlal Muzeyində ədəbi-bədii tədbir - “Heydər Əliyev və uşaqlar”
Bakı, 1 iyun, AZƏRTAC
İyunun 1-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan İstiqlal Muzeyində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Heydər Əliyev və uşaqlar” adlı musiqili ədəbi-bədii tədbir təşkil edilib.
Muzeydən AZƏRTAC-a verilən məlumata görə, ölkə başçısının 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamına əsasən Azərbaycan İstiqlal Muzeyi tərəfindən start verilən "Ümummilli Lider Heydər Əliyev xatirələrdə" adlı layihə çərçivəsində təşkil olunan tədbirdə ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uşaq siyasəti haqqında çıxışlar dinlənilib.
Bədii hissədə Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin istedadlı üzvləri canlı musiqi və rəqs kompozisiyaları təqdim ediblər.
Sonda Ümummilli Lider Heydər Əliyevin uşaqlar haqqında çıxışlarından ibarət videoçarx nümayiş olunub.
“DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalı başlayıb
İstiqlal Muzeyində “Tarixin izi ilə” adlı növbəti tədbir – sərgi
Mədəniyyət naziri Adil Kərimli Sumqayıtda vətəndaşları qəbul edəcək
Anqolada Azərbaycan musiqisinin dünyada təbliği ilə bağlı xeyriyyə layihəsi təşkil olunub