Uşaqlar bizim gələcəyimizdir
Füzuli, 1 iyun, A.Yavərzadə, AZƏRTAC
Füzuli rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyətinin və Füzuli Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin övladları iştirak ediblər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlarla görüşlərindən, səmimi söhbətlərindən, eləcə də ölkəmizdə aparılan uğurlu uşaq siyasətindən bəhs edən videoçarx izlənilib.
Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətindən danışıb.
Füzuli Dövlət Dram Teatrının şəhid övladları üçün hazırladığı musiqi nömrələri, rəqslər və nağıl qəhrəmanlarının iştirakı ilə hazırlanmış səhnəciklər maraqla qarşılanıb.
Sonda şəhid övladlarına hədiyyələr təqdim olunub.
Beyləqanda avtoxuliqanlıq edən şəxs inzibati qaydada həbs edilib
Lənkəranda mal-qara oğurluğu edən şəxslər saxlanılıb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Zaqatalada vətəndaşlarla görüşəcək
MDU və ADU-nun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib
Balakəndə Ulu Öndərə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb