Gəncədə şəhid övladları üçün bayram tədbiri təşkil olunub
Gəncə, 1 iyun, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün bayram tədbiri keçirilib.
Tədbirdə şəhidlərin ailə üzvləri və övladları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid övladlarını Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, xoşbəxt gələcək və təhsillərində uğurlar arzulayıb.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra uşaqlar üçün əyləncəli-musiqili proqram nümayiş olunub, hədiyyələr verilib.
“Novxanı bağları” yaşayış massivində içməli su təminatı yaxşılaşacaq
Xankəndiyə daha 64 ton yanacaq göndərilib VİDEO
Ucarda “Heydər Əliyev İli” çərçivəsində elmi seminar keçirilib
Xankəndiyə növbəti humanitar yardım karvanı yola salınıb VİDEO