Musiqili Teatrın monotamaşası beynəlxalq festivalda mükafatlandırılıb
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov Rusiyanın Lobnya şəhərində keçirilən XXVII “Rus klassikası” Beynəlxalq Teatr Festivalında uğurla iştirak edib, "Utancaq qız" monotamaşasındakı mükəmməl aktyor oyununa görə diploma layiq görülüb.
Teatrdan AZƏRTAC-a bildirilib ki, festivalda Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, İran və digər ölkələrinin teatr kollektivlərinin də tamaşaları nümayiş olunub.
Qeyd edək ki, səfərdən yenicə qayıdan aktyor bu gün saat 21:00-da da "Utancaq qız"la daha bir beynəlxalq layihədə iştirak edəcək. O, "Onlife" adlı Rəqəmsal Beynəlxalq Teatr Festivalına "Zoom" proqramı vasitəsilə qatılacaq. Bu təqdimatdan sonra səhnə əsəri layihənin münsiflər heyəti və iştirakçılarının onlayn müzakirəsinə veriləcək.
Xatırladaq ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin eyniadlı fantastik povesti əsasında hazırlanan bu əsərin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir