×
A
A
A
Sazlamalar

Aleksandar Vuçiç Rəcəb Tayyib Ərdoğandan bölgədə sülh üçün Türkiyənin nüfuzundan istifadə etməsini istəyib

Belqrad, 1 iyun, AZƏRTAC
Serbiya Prezidenti Aleksandar Vuçiç ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı A.Vuçiç Rəcəb Tayyib Ərdoğana yenidən prezident seçilməsi münasibətilə təbrikini çatdırıb.
Telefon danışığında ikitərəfli münasibətlər və regional məsələlər, Kosovonun şimalında baş verən hadisələr barədə fikir mübadiləsi aparılıb. Serbiya Prezidenti regionda sülhün və sabitliyin təmin olunması üçün Rəcəb Tayyib Ərdoğandan Türkiyənin nüfuzundan istifadə etməsini xahiş edib.
A.Vuçiç, həmçinin Rəcəb Tayyib Ərdoğanı Serbiyaya səfərə dəvət edib.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad

Dünya 2023-06-01 13:25:00