Almaniyada İŞİD qruplaşmasının yeddi tərəfdarı həbs olunub
Bakı, 1 iyun, AZƏRTAC
Almaniya polisi İŞİD terror qruplaşmasının Suriya qoluna maliyyə dəstəyi verməkdə şübhəli bilinən 7 nəfəri həbs edib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, dörd qadın və üç kişi terror təşkilatı üçün ianə toplayırmış. Yığılan pulun həbs edilmiş İŞİD üzvlərinin Suriyadakı düşərgələrdən qaçmasına kömək məqsədi daşıdığı ehtimal olunur.
Almaniyanın bir neçə əyalətində keçirilən əməliyyatlar zamanı saxlanılan həmin şəxslər Federal Məhkəmə qarşısına çıxarılacaq.
Saxlanılanlar arasında dörd Almaniya vətəndaşının, həmçinin bir Kosovo albanı, bir türk və bir mərakeşlinin olduğu bildirilir. Onlar həbs olunana qədər 65 000 avrodan çox pul toplayıblar.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır