Yumruqla xəsarət yetirdi, barəsində cinayət işi başlandı
Gəncə, 1 iyun, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini Emin Məmmədovun sağ gözünün alt və üst qapaqlarının cırılmış yaraları, buynuz qişanın dəlib keçən yaralanması, möhtəviyyatın tökülməsi ilə xəsarət alması barədə məlumat daxil olub. Dərhal Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, vətəndaşa şəhər sakini Elçin Fərhadzadə aralarında yaranmış mübahisə zamanı yumruqla xəsarət yetirib. E.Fərhadzadə barəsində Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Beyləqanda avtoxuliqanlıq edən şəxs inzibati qaydada həbs edilib
Lənkəranda mal-qara oğurluğu edən şəxslər saxlanılıb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Zaqatalada vətəndaşlarla görüşəcək
MDU və ADU-nun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib
Balakəndə Ulu Öndərə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb