×
A
A
A
Sazlamalar

İvan Muşket: Azərbaycan mədəniyyətlərarası dialoq və tolerantlıq ənənələri ilə zəngin ölkədir

Bakı, 1iyun, AZƏRTAC

Azərbaycan xalqı öz mədəniyyəti, incəsənət xadimləri, neftçiləri, mütəfəkkirləri ilə tanınır. Amma xalqının və dövlətinin xilaskarı olan dahi şəxsiyyət Heydər Əliyevin yeri ayrıdır.
AZƏRTAC xəbər verir ki, bunu MDB Parlamentlərarası Assambleyasına üzv ölkələrin vətəndaşlarının Demokratiyanın, Parlamentarizmin və Seçki Hüquqlarının İnkişafı Monitorinqi Beynəlxalq İnstitutunun direktoru İvan Muşket iyunun 1-də Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisidir” mövzusunda keçirilən beynəlxalq konfransda səsləndirib.
Möhkəm və demokratik dövlətin mədəniyyətlərarası dialoq və tolerantlıq ənənələri ilə daha da möhkəmləndiyini vurğulayan İvan Muşketin sözlərinə görə, Azərbaycan da məhz belə ölkələrdəndir.
Heydər Əliyevlə bağlı xatirələrini bölüşən rusiyalı qonaq beynəlxalq əlaqələrdə mədəniyyətlərarası dialoqun rolunu xüsusi qeyd edib. Bildirib ki, məhz bu dialoqun sayəsində MDB ölkələrinin bir-biriləri arasında əlaqələri inkişaf etdirilir.

Siyasət 2023-06-01 13:12:00