×
A
A
A
Sazlamalar

Xosep Qvardiola İngiltərə Premyer Liqasında 2022-2023-cü il mövsümünün ən yaxşı baş məşqçisi seçilib

Bakı, 1 iyun, AZƏRTAC

“Mançester Siti”nin ispaniyalı baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında 2022-2023-cü il mövsümünün ən yaxşısı seçilib.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, Xosep Qvardiola səsvermədə Mikel Arteta (“Arsenal”), Unai Emeri (“Aston Villa”), Eddi Hou (“Nyukasl Yunayted”), Roberto De Zerbi (“Brayton”) və Marko Silvanı (“Fulhem”) qabaqlayaraq ən yaxşı məşqçi adına layiq görülüb.
Qeyd edək ki, Xosep Qvardiola 2017-2018-ci, 2018-2019-cu və 2020-2021-ci illər mövsümündən sonra karyerasında dördüncü dəfə bu mükafatı qazanıb.

İdman 2023-06-01 12:54:00