×
A
A
A
Sazlamalar

“Utancaq qız” monotamaşası rəqəmsal teatr festivalında

Bakı, 1 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Cənnət Səlimovanın quruluşunda F.M.Dostoyevskinin eyniadlı povestinin motivləri əsasında hazırlanan “Utancaq qız” monotamaşası bu gün “ONLiFE iDEA Fest” rəqəmsal festivalında nümayiş etdiriləcək.
AZƏRTAC xəbər verir ki, tamaşanı Əməkdar artist Şövqi Hüseynov təqdim edəcək.
Rəqəmsal festivalda Azərbaycan, Gürcüstan, Moldova, Özbəkistan və Rusiya aktyorların iştirakı ilə ümumilikdə 7 tamaşa göstəriləcək. Formatın xüsusiyyətlərindən biri odur ki, dəvət olunmuş teatr tənqidçiləri ilə tamaşa başa çatandan sonra müzakirələr aparılır. Tamaşaçılar rejissora sual vermək, həm də xüsusi yaradılan onlayn-çatda tamaşa barədə təəssüratlarını bölüşmək imkanına malikdirlər.
Festival tamaşalarının yayımı bu linkdə: https://onlifeideafest.com/

 

Mədəniyyət 2023-06-01 12:30:00