Şəhid və qazi övladları üçün ödənişsiz tibbi aksiya keçirilir
Bakı, 1 iyun, AZƏRTAC
İyunun 1-də Səhiyyə Nazirliyinin təşəbbüsü, Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Pediatrlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün kompleks müayinə aksiyası başlayıb.
AZƏRTAC xəbər verir ki, ATU-nun Tədris Cərrahiyyə və Tədris Terapevtik klinikalarında keçirilən aksiyada müxtəlif sahələr üzrə ixtisaslaşmış peşəkar həkim heyəti tərəfindən müayinə və ambulator müalicə-profilaktik xidmətlər göstərilir.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının baş həkimi Fariz Camalovun sözlərinə görə, şəhid və qazi övladları üçün təşkil olunan aksiya üç gün davam edəcək. Aksiyanın məqsədi uşaqlarda xəstəliklərin vaxtında və düzgün müalicə edilməsi, hətta lazım gələrsə, cərrahi əməliyyatların keçirilməsidir.
Tədris Terapevtik Klinikasının direktoru Fərid Eyvazov bildirib ki, aksiyaya klinikanın 25 əməkdaşı cəlb olunub. Gün ərzində isə 150-200 qazi və şəhid övladına ödənişsiz tibbi xidmət göstərilməsi nəzərdə tutulub. O, hər ay klinikada "Açıq qapı" günlərinin keçiriləcəyini və uşaqların ödənişsiz müayinə olunacağını da diqqətə çatdırıb.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar